Polis əməkdaşları Lənkəranda külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları əldə edilmiş məlumat əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirərkən 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkarlayaraq götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.