Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.
“Report”un məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə
alınıb.
Hadisə nəticəsində rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü
Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.
Daha dörd nəfər isə – Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm
Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad
rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran
rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov
müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına
daxil olublar.
Bıçaqlanan Z.Səfərzadə əməliyyat edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran
regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, şəxsi
münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Polis
Şöbəsində araşdırma aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin
olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.