64bc55d9-078c-4a89-a45a-8ffe6f5af3ba..jpg

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub

Baxış sayı: 454 dəfə baxılıb.

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor
təyin olunub

Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini internat
məktəbinə direktor təyin olunub.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavin Rasilə
Arifqızı Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat
alıb.

Xatırladaq ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini
Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar
təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşıfiziki zorakılıq
hərəkətlərinin edilməsi faktı ilə bağlı
Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi
bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib
vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə
kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil
telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil
telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm
zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri
yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci
(vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə
Arifqızına dörd min manat cərimə cəzasıtəyin olunub
. Şirvan Apellyasiya Məhkəməsi qərarı
dəyişdirilmədən qüvvədə saxlayıb.

Source link