ef6f8c0b-a3a0-42b9-a503-8f1337db398a..jpg

Lənkəranda mal-qara oğurluqları edən şəxslər saxlanılıblar

Baxış sayı: 533 dəfə baxılıb.

Lənkəranda mal-qara oğurluqları edən şəxslər saxlanılıblar

Lənkəranda mal-qara oğurluqları edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran rayonunun Siyablı,
Əşlə, Təngivan və digər kəndlərinin ərazisindəki meşə massivindən ayrı-ayrı
vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qaranın oğurlanması ilə bağlı polisə
məlumat daxil olub. Daxil olmuş müraciətlər əsasında Lənkəran Şəhər Rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Lerik rayon sakinləri
Ələddin Sultanov, qohumu İlkin Sultanov və Lənkəran rayon sakini əvvəllər
məhkum olunmuş Rasim Babayev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq meşəlik ərazidən
ayrı-ayrı vaxtlarda ümumilikdə 17 vətəndaşa məxsus 20 baş iribuynuzlu heyvanı
oğurlayıblar. Oğurladıqları mal-qaranı Salyan, Cəlilabad və Masallı
rayonlarının ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Hər üç
şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır. Hazırda onların digər analoji cinayət
əməllərinin olub-olmadığı araşdırılır.

Source link