2d985bdc-ef70-4c6e-9979-e9f6705b3556..jpg

Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb

Baxış sayı: 354 dəfə baxılıb.

Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı idarəetməni itirərək yoldan çıxıb və elektrik
dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan
sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M. Əliyev aldığı
xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN xüsusi riskli xilasetmə
qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Faktla bağlı araşdırma aparılır.

Source link