6d504590-551c-4e77-95d6-c993cf31cf12.jpg

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb

Baxış sayı: 47 dəfə baxılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə
məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı
sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və bir
kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri
seçilib, araşdırmalar aparılır.

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını
həyata keçirən şəxs saxlanılıb
Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs
saxlanılıb

Source link