89db7cd4-7d6c-4677-861d-d9f485afa5b8..jpg

Lənkəranda palçıqda batan dörd kənd: “Xəstəmiz olanda təcili yardım gələ bilmir” – VİDEO

Baxış sayı: 1. 087 dəfə baxılıb.

Lənkəranda palçıqda batan dörd kənd: “Xəstəmiz olanda təcili yardım gələ
bilmir” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranın Separadi, Tükəvilə, Diryan və Gəgiran kənd sakinləri yol
problemindən əziyyət çəkirlər.

Onların sözlərinə görə, dörd kəndi əhatə edən bu problem illərdir ki, davam
edir:

“Biz çox pis vəziyyətdəyik. Yol bərbad gündədir, maşınlar dağılır, sürmək
olmur. Maşınlarımız ayda iki dəfə ustaya gedir. Xəstəmiz olanda təcili yardım
gələ bilmir”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki,
sözügedən kəndləri birləşdirən avtomobil yolunun yenidən qurulması
planlaşdırılır.

Bununla bağlı olaraq növbəli şəkildə maliyyə vəsaitinin ayrılması və həmin
yollarda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Ətraflı Baku TV-nin süjetində:


Source link