9a831461-4e18-4b05-8ddc-58eea157b63e..jpg

Lənkəranda polisə silahlı müqavimət göstərən şəxs həbs edildi

Baxış sayı: 771 dəfə baxılıb.

Lənkəranda polisə silahlı müqavimət göstərən şəxs həbs edildi

Martın 3-ü polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilməsi barədə
Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ilkin araşdırma zamanı Seymur və Tural Musayevin külli miqdarda
narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən onların cinayət başında
yaxalanaraq ifşa edilməsi üçün əməliyyat tədbiri keçirən polis əməkdaşlarına
odlu silahla müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev
zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb.

Şübhəli şəxslərdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ayrı-ayrı
bağlamalarda çəkiləri 16,7 kiloqram narkotik vasitə qurudulmuş marixuana, 16,6
kiloqram narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320
ədəd tərkibində narkotik maddə olan metadon həbləri, elektron tərəzi və digər
sübutlar aşkar edilərək götürülüb.

Rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Tural Musayev Cinayət
Məcəlləsinin 234.4.1, 234.4.3, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma), 315 (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə) və digər maddələrilə təqsirləndirilən
şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan
tədbiri seçilib.

Cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması üçün zəruri
tədbirlər davam etdirilir.

Source link