Lənkəran sakini qətlə yetirilib.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb.
1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.
Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.
Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.