Lənkəran rayon 1999-cu təvəllüdlü, Əli İlham oğlu Yaqubzadənin boğazı kəsilmiş halda ailə üzvləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
ÇıxışYolu.Com-ın APA-ya istinadən məlumatına görə, Ə.Yaqubzadəyə ilkin tibbi yardım göstərilib.
Bildirilir ki, hadisə “Mikrorayon” adlanan ərazisində ailə münaqişəsi zəminində baş verib.
Belə ki, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadənin hadisəni törədərkən sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.