Lənkəranda sevgilisindən ayrılan oğlan özünü asıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəranda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, rayon sakini 22 yaşlı Z. Qəribov yaşadığı evin
həyətində çardaqdan özünü asaraq, həyatına son qoyub.
Onun meyitini anası aşkar edib.
İlkin ehtimala görə, Z. Qəribovun sevdiyi qadınla aralarındakı sevgi
münasibətləri pozulub. Onun bu səbəbdən dözməyərək özünü öldürdüyü ehtimal
edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.