84e519c4-f5b9-48d4-9f5c-5209d7f5e6e1..jpg

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Baxış sayı: 2. 849 dəfə baxılıb.

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində
evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən
ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla cinayət
əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və
qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli
bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa
təhvil verilib.

Source link