Lənkəranda vəzifəli şəxsin qardaşının meyiti tapıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəranda kənd ərazi icra nümayəndəsi qardaşının meyiti tapılıb.
APA-nın məlumatına görə, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun
Osaküçə kəndi ərazisində tapılıb. Tapılan meyit aidiyyəti üzrə təhvil verilib.
Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə
rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit,
yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.
Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra
nümayəndəsinin qardaşıdır.