Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəranda 15 yaşlı şəxsin anafilaktik şokdan ölməsi ilə bağlı məlumat yayılıb.
TƏBİB-dən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu
Osakücə kənd sakini 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov “Kəskin
respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu” diaqnozu ilə
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub:
“22.12.2023-cü il tarixində saat 22:15 radələrində 2008-ci il təvəllüdlü
Lənkəran rayonu Osakücə kənd sakini (cinsi kişi) “Kəskin respirator xəstəlik,
hipertermiya, mədə-bağırsaq pozğunluğu” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi
Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Zəruri ilkin tibbi xidmətlər
göstərilib. Xəstəyə qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik
şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə
yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon
şöbəsinə təhvil verilib”.
12:47
Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.
“Report”un cənub bürosunun məlumatına görə, ötən gecə rayonun Osakücə kənd
sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon
Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub.
Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə
keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. M.Nəcəfovun
meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran
Şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma başlanılıb.
Aysel Aslan