fcef33b7-fa1c-4c19-b8e2-49cdd93cf3e8..jpg

Lənkəranda zavodun ərazisində gözətçinin meyiti tapılıb

Baxış sayı: 932 dəfə baxılıb.

Lənkəranda zavodun ərazisində gözətçinin meyiti tapılıb

Lənkəranda zavodun gözətçisinin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Lənkəran rayonu Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu
Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.

Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən tapılıb. Hadisə yerinə
hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti
aşkarlanmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin
Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum
olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Source link