Bir müddət öncə Türkiyədə keçirilən “Yılın Altın Adamları” mükafatlandırma gecəsində “İlin uğurlu aparıcısı” mükafatına layiq görülən teleaparıcı Lətafət Ələkbərova bu ay növbəti dəfə qardaş ölkəyə səfər edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, Ələkbərovanın budəfəki səfərinin məqsədi “Kral” TV-də yayımlanacaq “Beynəlxalq Diplomatlar Birliyinin” təşkil etdiyi sənət nümayəndələri və iş adamlarının qatılacağı tədbirdə iştirak etməkdir.
Aparıcı sözügedən tədbirdə türkiyəli məşhur model Şebnem Şefırla birlikdə aparıcılıq edəcək.
Gecədə Bülent Ersoyun da iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, tədbiri qardaş ölkənin maqazin proqramları işıqlandıracaq.