751ec53c-5631-42f4-b0aa-5118a0044de5..jpg

La Liqa rəhbəri: “Barselona”nın prezidenti Laporta vəzifəsindən uzaqlaşdırılmalıdır”

Baxış sayı: 928 dəfə baxılıb.

La Liqa rəhbəri: “Barselona”nın prezidenti Laporta vəzifəsindən
uzaqlaşdırılmalıdır”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Barselona”nın prezidenti Xuan
Laportanın postundan uzaqlaşdırılmalı olduğunu düşünür.

“Laporta İspaniya Futbol Federasiyasının prezidenti tərəfindən “Barselona”dakı
vəzifəsindən uzaqlaşdırılmalıdır”, – deyə Tebas “Onda Cero”ya bildirib.

Xatırladaq ki, “Barselona”nın adı son zamanlar maliyyə feyr-pleyi problemləri
və İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr
müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verilməsi ittihamları ilə daha
çox hallanır. Tebasın açıqlaması “Neqreyra işində” “Barselona”nın lehinə olan
məqamların üzə çıxmasından sonraya təsadüf etməsi müzakirələrə səbəb olub.

Source link