ac4993ec-8518-4286-8b81-7d558afdfba2..jpg

La Liqa: “Real Madrid” qələbə qazanıb “Barselona”nı geridə qoydu – VİDEO

Baxış sayı: 460 dəfə baxılıb.

La Liqa: “Real Madrid” qələbə qazanıb “Barselona”nı geridə qoydu – VİDEO

“Real Madrid” İspaniya La Liqasının VII turunu inamlı qələbə ilə başa vurub.

Cixisyolu.com xəbər verir ki, “kral klubu” öz meydanında “Las Palmas”a qalib gəlib –
2:0.

Hesabı 45+2-ci dəqiqədə Brahim Dias açıb. 54-cü dəqiqədə isə Xoselu oyunda son
nöqtəni qoyub.

Xallarını 18-ə çatdıran “Real Madrid” 17 xalı olan “Barselona”ı geridə qoyaraq
ikinci pilləyə yüksəlib. “Las Palmas” beş xalla 17-cidir.

Digər qarşılaşmada “Jirona” səfərdə “Vilyarreal”ı məğlub edib – 1:2. Bu qələbə
ilə xallarını 19-a çatdıran “Jirona” liderliyi ələ keçirib.

Bilbao “Atletik”i ilə “Xetafe” arasındakı matçda isə qalib müəyyənləşməyib –
2:2. “Atletik” hazırda 14 xalla dördüncü sıradadır.


Source link