La Liqada ilin ilk “El Klasiko”su: Bukmekerlərin proqnozları
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə İspaniya çempionatının 32-ci turu çərçivəsində “Real Madrid” və
“Barselona” komandaları üz-üzə gələcək.
Bu prinsipial oyun ənənəvi olaraq bütün dünyada azarkeşlərin diqqətini cəlb
edir.
La Liqa çərçivəsində 2024-cü ilin ilk “el-klasiko”su Madriddəki “Santyaqo
Bernabeu” stadionunda baş tutacaq.
La Liqanın hesablamalarına görə, orta hesabla təxminən 650 milyon insan bu
matçı televiziya və onlayn platformalarda izləyəcək. Oyun Bakı vaxtı ilə saat
23:00-da başlayacaq.
Bukmekerlərin proqnozlarına görə, Karlo Ançelottinin yetirmələri görüşün aşkar
favoritləri hesab olunur: Bukmeker kontorları “Real Madrid”in qələbəsinə mərc
etmək üçün 1,90 əmsal təklif edir. Bu, təxminən 53% ehtimaldır.
“Barselona”nın uğur nisbəti 4,06 (24%) olaraq qiymətləndirilir. Heç-heçəyə
mərclər 4,11 (23%) səviyyəsində qəbul edilir.
Vinisiusun qolu 2,25, Bellinqemin məhsuldar ötürməsi isə 2,75 dəyərindədir.
Robert Levandovskinin qoluna 2,50 verilir. Rodriqonun qoluna da eyni əmsallar
qoyulub.
Xatırladaq ki, ilk dövrədə “Real Madrid” 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hazırda “Real” 78 xal toplayıb və İspaniya çempionatının turnir
cədvəlində 31-ci turdan sonra liderdir. “Barselona” isə 70 xalla ikinci
yerdədir.