ace98cca-ab09-476c-b487-4b79d186da10..jpg

La Liqanın lideri qələbəni son anda əldən verdi – VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

La Liqanın lideri qələbəni son anda əldən verdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasının 18-ci turunda lider “Jirona” “Real Betis”in qonağı olub.

Birinci hissənin sonunda, 39-cu dəqiqədə “Betis”in qapısına penalti təyin
olunub. Ukraynalı hücumçu Artem Dovbik 11 metrlik zərbə ilə “Jirona”nı önə
keçirib. Görüşün sonlarında, 89-cu dəqiqədə isə German Pessella hesabı
bərabərləşdirib – 1:1.

Bu matçın nəticəsindən sonra “Jirona” 43 xal toplayaraq turnir cədvəlinin
birinci pilləsində qalıb, lakin “Real Madrid”dən çox da uzaqlaşa bilməyib. Kral
klubunun 42 xalı və ehtiyatda oyunu var.

“Betis” isə eyni sayda matçdan sonra 28 xalla yeddinci yerdədir.


Source link