Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciət
ünvanlanacaq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar
səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər
Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib.
XİN başçısı çıxışı zamanı iştirakçı nazirlərə MDB çərçivəsində
iqtisadi-ticarət, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı
vəziyyəti və gələcək perspektivləri haqqında Azərbaycanın baxışı barədə məlumat
verib.
“Bundan əlavə, Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi,
MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinin
MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciətlə bağlı görülən işlər
barədə məlumat verilib”, – paylaşımda qeyd olunub.