0e127cce-07a6-4a76-a13c-9fc676d166b1..jpg

Laçın şəhərində neçə nəfər səs verəcək? – FOTO

Baxış sayı: 434 dəfə baxılıb.

Laçın şəhərində neçə nəfər səs verəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105
saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb.

Bunu “Report”un Laçına ezam olunan əməkdaşına açıqlamasında məntəqənin sədri
Şəbnəm Uğurlu deyib.

Onun sözlərinə görə, seçki prosesinə çox həvəslə hazırlaşırlar:

“Bunun da əsas səbəbi doğulduğumuz, lakin işğal səbəbindən böyüyə bilmədiyimiz
ata yurdumuzda 32 ildən sonra ilk dəfə səsvermə hüququmuzdan istifadə
etməyimizlə bağlıdır”.

Ş.Uğurlu bildirib ki, Mərkəzi Seçki Komissiyası məntəqəni bütün lazımi
avadanlıqlarla təmin edib:

“Prezident seçkisi günü məntəqədə 1 464 nəfər seçicinin öz səsvermə hüququndan
istifadə etməsi üçün bütün şərait yaradılıb. Onların tərkibində həm Laçın
şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan
vətəndaşlar var”.

Məntəqə sədri söyləyib ki, məntəqə ləvazimatlarla tam təchiz olunub və seçki
gününü səbirsizliklə gözləyirlər:

“Məntəqə üzrə ən yaşlı seçicimizin 96 yaşı var və bu yaşda olanlar iki
nəfərdir. Fevralın 7-də səyyar seçki qutusu ilə onların evlərinə gedərək
səsvermə hüquqlarını təmin edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin
olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədiİlham
Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

Source link