Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür.
APA xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren
ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması
mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevə məruzə edilib.
Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni
silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi
təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.
Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi
bütövlüyünün tam bərpası deməkdir.