Laçın sakini: “Ömrümün qalan hissəsini doğma torpağımda keçirəcəyəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hisslərimi sözlə ifadə etmək çox çətindir”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi
köçkünKamil Nəcəfov deyib.
O bildirib ki, bundan sonra ömrünün qalan hissəsini Laçın şəhərində keçirəcək:
“Laçında uzun müddət avtobazada işləmişəm. Sonra yurdumuzdan didərgin düşdük.
Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşdıq.
Bu gün çox sevinirik ki, doğma yurdumuza qayıdırlq. Artıq pensioner adamam,
bundan sonra ömrümün qalan hissəsini doğma torpağımda keçirəcəyəm. Allah Ali
Baş Komandanımıza cansağlığı versin, müzəffər Ordumuzu qorusun! Onların
sayəsində bu günləri yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
şəfa versin!”
Qeyd edək ki, bu gün Laçın şəhərinə növbəti, bu ilin sonuncu köç karvanı yola
salınıb. Bununla da Laçın şəhərində 408 ailənin (1 555 nəfər) daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova