efb7195c-cdb2-4072-b17b-f38e192c6473..jpg

“Laçın” SBM-də erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 642 dəfə baxılıb.

“Laçın” SBM-də erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib – YENİLƏNİB
+ FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə
Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli
şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün məntəqədən
Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi
keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın üzvləri, sürücülər,
müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 19 şəxs olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç
bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada
saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

11:57

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində
erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

“Report” Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün
məntəqədən növbəti dəfə 150-dən artıq şəxs Ermənistan istiqamətində sərbəst
şəkildə keçid ediblər. Onlardan 100 yaşlı Lesmonya Arstamyan adlı qadının isə
nəvəsi ilə ayrıca keçidinə şərait yaradılıb.

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını
qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç
bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın
Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının
yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

10:16

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli
şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün məntəqədən
Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus ümumilikdə doqquz nəqliyyat
vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın üzvləri, sürücülər,
müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 30 şəxs olub.
Onlardan doqquz nəfərinin xəstə olduğu bildirilir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir
maneənin, hər hansı çətinliyin olmadığını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada
saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Source link