d0736d3d-8028-463a-80bb-5170b49be1be..jpg

Laçına qayıdan daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 452 dəfə baxılıb.

Laçına qayıdan daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oktyabrın 30-da növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin
açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu gün 20 ailəyə qucaq
açıb və daha 70 laçınlının yurd həsrəti bitib.

31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim
olunub. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı
Abadlıq Xidməti” MMC-nin nümayəndələri iştirak ediblər.

Ailələr sevinc hissi ilə evlərinin açarlarını təhvil alıblar.

Bununla da Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması
təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə
yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi
əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün
şərait yaradılıb.

06:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,
yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Cixisyolu.com xəbər verir ki, oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin
Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 70 nəfər köçürülür.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 295 ailənin – 1 135 nəfərin köçü
təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link