Laçında “Aşıq mahnıları yeni səslənmədə” – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində
yekun vurulub.
Cixisyolu.com xəbər verir ki, “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı
Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub.
Konsertdə Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə
Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva
və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.
Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları
altında başa çatıb.
Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada
başlamışdı.
19:08
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada
başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında
“Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
Cixisyolu.com xəbər verir ki, festival Həkəri çayı ətrafında iştirakçıları və
qonaqları bir araya gətirib.
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi
irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli
dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi
təqdim edilib.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların
sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim
olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması
üzərində qurulub.