Laçında avtomobil qəzasında həlak olan hərbçimiz bu gün son mənzilə yola
salınacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da
son mənzilə yola salınacaq.
Cixisyolu.com-ın məlumatına görə, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat
12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun
bir qızı və bir oğlu var.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd
kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi
qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu
İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz
isə xəsarət alıb.
Könül Cəfərli