7633c192-df5c-456b-9e27-9a32a3576319..jpg

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Gəncədə dəfn olundu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 462 dəfə baxılıb.

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Gəncədə dəfn olundu –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz gizir Həsən Ümid oğlu
İsmayılov Gəncədə dəfn edilib.

Cixisyolu.com-ın məlumatına görə, qəzada həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə
Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi
keçirilib.

Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər xiyabanında dəfin
edilib.

12:10

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz gizir Həsən Ümid oğlu
İsmayılov ilə vida mərasimi keçirilir.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, hazırda Gəncədə yaşadığı evin qarşısında
çadır qurulub. Son məlumata görə dəfn saat 13:00-da həyata keçiriləcək.

10:47

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da
son mənzilə yola salınacaq.

Cixisyolu.com-ın məlumatına görə, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat
12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun
bir qızı və bir oğlu var.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd
kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi
qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu
İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz
isə xəsarət alıb.

Könül Cəfərli

Source link