231d32a3-008d-48f5-b3db-1cae56adf2b6..jpg

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Xaçmazda dəfn edildi – YENİLƏNİB + FOTO

Baxış sayı: 472 dəfə baxılıb.

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Xaçmazda dəfn edildi –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu
Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi başa çatıb.

Cixisyolu.com xəbər verir ki, hərbçimiz Sayad kənd qəbiristanlığında torpağa
tapşırılıb.

Dəfn mərasimində mərhumu ailə üzvləri, kənd sakinləri və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

11:46

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu
Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, dəfn saat 12:00-da baş tutacaq. Hazırda
əsgər S.Axundovla vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd
kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi
qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu
İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz
isə xəsarət alıb.

Könül Cəfərli

Source link