b6209f22-dbaf-482b-81aa-c5640b851ed7..jpg

Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Xaçmazda vida mərasimi keçirilir

Baxış sayı: 546 dəfə baxılıb.

Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Xaçmazda vida mərasimi
keçirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu
Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, dəfn saat 12:00-da baş tutacaq. Hazırda
əsgər S.Axundovla vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd
kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi
qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu
İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz
isə xəsarət alıb.

Könül Cəfərli

Source link