Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq
yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Noyabrın 22-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları
təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu gün 21 ailəyə qucaq
açıb və daha 81 laçınlının yurd həsrəti bitib.
Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra
keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin
direktoru Natiq Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn
Quliyev, “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev və
“Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb.
Bununla da Laçın şəhərində 346 ailə, yəni, 1326 nəfərin daimi məskunlaşması
təmin olunub.
Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala
son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən
və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
16:46
Noyabrın 22-də Böyük Qayıdış çərçivəsində Laçına növbəti köç prosesi
gerçəkləşib. Laçın şəhəri bu dəfə 21 ailəyə qucaq açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün daha 81 laçınlının yurd
həsrəti başa çatıb. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni, 1326 nəfərin daimi məskunlaşması
təmin edilib.
06:49
Laçının daha 81 sakini doğma yurda qayıdır.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi
köçkünlərin qayıdışı davam edir.
Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu
Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21
ailə – 81 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən
tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması
təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova