Laçında məskunlaşan daha 26 ailəyə evlərinin açarları təqdim olunub –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ
rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan
ailələrə evlərinin açarları təqdim olunub.
“Report” xəbər verir ki, Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96
laçınlının yurd həsrəti bitib.
Laçına qədəm qoyan ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı
Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda
Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti”
MMC-nin nümayəndələri də iştirak ediblər.
Ailələr evlərinin açarlarını böyük sevinc hissi ilə təhvil alıblar.
Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması
təmin edilib.
06:56
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
Cixisyolu.com-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi
köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25
ailə (96 nəfər) Laçın şəhərinə yola salınıb.
Xatırladaq ki, bu günə qədər Laçın şəhərinə 247 ailə (956 nəfər), Zabux
kəndinə isə 21 ailə (94 nəfər) köçürülüb.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova