daf3a144-9677-4457-bece-d15ef8225964..jpg

Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü

Baxış sayı: 261 dəfə baxılıb.

Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar,
Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini
müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab
tədbirləri görülüb.

Source link