446c5ba4-100a-4274-a929-59fa2ae050d8..jpg

Laçında SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib

Baxış sayı: 867 dəfə baxılıb.

Laçında SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib

İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək
məqsədilə “SOCAR Petroleum” QSC Laçın şəhərində SOCAR brendli yeni
yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.

Bu barədə “SOCAR Petroleum” məlumat yayıb.

Bildirilib ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat
vasitələri üçün nəzərdə tutulub. “Aİ-92” markalı benzin və dizel tipli yanacaq
məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı
kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat
vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

“SOCAR Petroleum”un məlumatına görə, eyni zamanda, son dövrlər ölkəmizdə
elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artmasını nəzərə alaraq,
Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması
üçün avadanlıqların quraşdırılmasına start verilib.

Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut
qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın
şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda
istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərin sayı 5-ə,
ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.

Source link