Laçında xalçaçılıq və yaradıcılıq mərkəzlərinin açılışı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Laçın şəhərində “İslimi” Xalçaçılıq Mərkəzinin, eləcə də “Gilabi Ceramics”
Yaradıcılıq Mərkəzinin açılış mərasimləri keçirilib.
“Report” xəbər verir ki, açılış mərasimlərində Prezidentin Laçın rayonu üzrə
xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın
Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, “İslimi” Xalçaçılıq Mərkəzi Laçının hələ qədimdən məşhur
xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə
əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin
məşğulluğu təmin olunacaq.
Mərasim iştirakçıları mərkəzlərdə yaradılan şəraitlə tanış olublar.