4b0181df-ace4-43d1-8d17-a4aec1bf2cc9..jpg

Laçındakı Həkəri Balıqçılıq Təsərrüfatının məhsulları gələn ildən bazarlara çıxarılacaq – FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

Laçındakı Həkəri Balıqçılıq Təsərrüfatının məhsulları gələn ildən bazarlara
çıxarılacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Otuz ildən sonra yenidən dirçələn Laçında artıq bir sıra istehsal sahələri
yaradılıb. Yeni müəssisələr Laçına qayıdan keçmiş məcburi köçkünlərin işlə
təmin olunmasında da mühüm rol oynayır. Belə sahələrdən biri də Həkəri
Balıqçılıq Təsərrüfatıdır. Burada 30-dan çox işçi çalışır və onların da
əksəriyyəti laçınlıdır.

Həkəri Balıqçılıq Təsərrüfatının əməkdaşı Nurlan Ağayev AZƏRTAC-ın bölgə
müxbirinə eksklüziv müsahibəsində bildirib ki, ümumi sahəsi 6 hektardan çox
olan təsərrüfatda 36 hovuz var. Təsərrüfatda balıqların saxlanılması və
yetişdirilməsi bütün imkanlar mövcuddur. Hazırda burada 3 növ balıq – əlvan
forel, Kür nərəsi və cökə balıqları saxlanılır. Gələn ildən məhsulların
Azərbaycan bazarına çıxarılması nəzərdə tutulur. İlk növbədə, aprel-may
aylarında forel balıqları, payızda isə nərə balıqları satışa çıxarılacaq.

Onun sözlərinə görə, burada işçilərin fəaliyyəti və istirahəti üçün də lazımi
şərait yaradılıb:

“Laçınlı olub laçında işləmək çox gözəl hissdir. 30 ildən sonra həsrətində
olduğumuz yerlərə gəlmək həqiqətən şərəflidir. Allah şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə cansağlığı versin. Burada 37 nəfər çalışır, hamısı da
laçınlıdır”.

Təsərrüfatın işçisi Səbuhi Məmmədov da Laçın sakinidir. Deyir ki, Laçından
çıxanda iki yaşı olub. Laçını xatırlamasa da, hər zaman doğma yurduna
qovuşacağı günü səbirsizliklə gözləyib.

“Ötən illər ərzində ən böyük arzularımdan biri idi ki, doğulduğum torpaqlara
qayıdım. Çox şükür olsun ki, xəyallarımız gerçək, arzularımız çin oldu. Bu
günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa
versin. Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevə də öz minnətdarlığımı
bildirirəm ki, bizə bu sevincli günləri yaşatdı. Laçında işləmək
qürurvericidir, rayonumuzda abadlıq işləri də sürətlə davam edir”, – deyə
S.Məmmədov bildirib.

Gələcəkdə təsərrüfatda çalışanların sayının 60 nəfərə çatdırılması
planlaşdırılır.

Source link