“Laçın”ın yanında 35 yaşlı kişini bıçaqladılar, vəziyyəti ağırdır

“Laçın”ın yanında 35 yaşlı kişini bıçaqladılar, vəziyyəti ağırdır

Baxış sayı: 2. 193 dəfə baxılıb.

“Laçın”ın yanında 35 yaşlı kişini bıçaqladılar, vəziyyəti ağırdır

Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.

“Laçın” univermağının yanında naməlum şəxs 35 yaşlı Ceyhun Hüseynova bıçaqla xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan C.Hüseynov xeyli qan itirib.

O, təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu