Ötən il sosial şəbəkələrdə gülüş obyektinə çevrilmiş heykəltəraş Emmanuel Santos portuqaliyalı futbolçu Kriştiano Ronaldonun başqa büstünü hazırlayıb.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, onun bundan əvvəl Madeyra aeroportunda təqdim etdiyi bürüncü heykəli, “Real Madrid” hücumçusunun xarici görünüşünə uyğun gəlmədiyi üçün sosial mediada geniş müzakirə olunmuşdu.
İstifadəçilər sənətkarı lağa qoyaraq, heykəlin müxtəlif memlərini hazırlamışdı.
Həmin fiaskodan bir il sonra Santos tənqidçilərinin cavabını vermək üçün “Bleacher Report” saytının sifarişi ilə növbəti büstü ərsəyə gətirib.
“Mən sosial şəbəkələrdə qələmə verilən insan deyil” deyə heykəltəraş bildirib.
Sayta verdiyi müsahibədə Santos “Facebook” və “Twitter”də onun haqqında yazılan məlumatlardan məyus olduğunu, ailə üzvlərinin özlərini təhqir olunmuş hiss etdiklərini bildirib.
Dediyinə görə, təqdimatdan sonra üzləşdiyi tənqid və məsxərələr ailəsini cəmiyyətdən təcrid edib.
Ona görə, əsl sənətkar olduğunu sübuta yetirmək üçün başqa büst yaratmağı qarşıya məqsəd qoyub.
29.03.2017 vs. 29.03.2018
Emmanuel Santos’ shot at redemption. pic.twitter.com/A91RjDJCOF
— B/R Football (@brfootball) 29 March 2018