d58b5537-01a3-4a09-adbe-69f67d45ea39..jpg

“Landmark 7”: Vüqar Kərəmov Bakıda kəmərini qorumağa çalışacaq

Baxış sayı: 490 dəfə baxılıb.

“Landmark 7”: Vüqar Kərəmov Bakıda kəmərini qorumağa çalışacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda “Rizin” Döyüş Federasiyasının “Landmark 7” turniri keçiriləcək.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşacaq yarış saat
17:00-da başlayacaq.

Turnirdə Azərbaycanın beş MMA döyüşçüsü çıxış edəcək.

Əsas görüş Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında baş tutacaq. 31
yaşlı idmançımız kəmərini qorumağa çalışacaq.

Bundan əlavə, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı
Ali Abdulxalikov, Mehman Məmmədov türkiyəli Ferit Göktepe, Tural Rəhimov isə
Cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq.

Source link