8ebfce2b-ee1e-4029-bee5-8a032d330493..jpg

Laporta: “Futbolçularımıza görə kluba fantastik məbləğlər təklif olunur”

Baxış sayı: 527 dəfə baxılıb.

Laporta: “Futbolçularımıza görə kluba fantastik məbləğlər təklif olunur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” prezidenti Joan Laporta bildirib ki, klubun əsas heyətdən oynayan
bir sıra futbolçuları üçün fantastik məbləğdə təkliflər alırlar.

Bu barədə məlumatı jurnalist Fabrisio Romano ictimailəşdirib.

“Biz Lamin Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro təkliflər alırıq
və təbii ki, bu təklifləri rədd edirik. Biz Laminə güvənirik və onu satmağa
gərək görmürük”, – deyə Joan Laporta vurğulayıb.

Laporta qeyd edib ki, sərfəli təkliflər klubun digər oyunçuları olan Aleks
Balda, Fermin Lopes, Pedri, Frenki de Yonq, Ronald Arauxo, Qavi üçün də gəlir.

“Lakin biz ulduzlarımızı satmaq istəmirik”, – “Barselona”nın prezidenti
söyləyib.

Source link