0e9e21b9-ac9d-48a6-8e2f-25057cd19f99..jpg

“Latsio” “Roma”nı tək qolla keçərək İtaliya kubokunun yarımfinalına yüksəldi – VİDEO

Baxış sayı: 445 dəfə baxılıb.

“Latsio” “Roma”nı tək qolla keçərək İtaliya kubokunun yarımfinalına yüksəldi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya kubokunun 1/4 final mərhələsində “Latsio” və “Roma” üz-üzə gəlib.

Görüş İtaliyanın paytaxtındakı “Olimpiko” stadionunda baş tutub.

Oyunda yeganə qolu 51-ci dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Mattia Zakkani
penalti zərbəsini dəqiq yerinə yetirərək vurub.

90+5 və 90+6-cı dəqiqələrdə meydan sahiblərinin futbolçusu Pedro kobud
hərəkətinə görə iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 90+10-cu
dəqiqədə Serdar Azmun eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb.

Beləliklə də, “Latsio” “Roma”nı tək qolla keçərək İtaliya kubokunun
yarımfinalına yüksəlib.

Source link