Futbol üzrə Azərbaycan yığmasının Latviya millisi ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, iyunun 9-da Latviyada oynanılacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Denis Şerbakov olacaq. Ona Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Aleksandr Anufriyev olacaq.
Belaruslu hakim üç dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edib. Maraqlıdır ki, onun idarə etdiyi hər üç görüş Bakıda olub. Bunlardan ikisi “Bakcell Arena”da baş tutub.
Belə ki, Denis Şerbakovun idarə etdiyi ilk görüş “Neftçi” ilə Sloveniyanın “Koper” komandası arasında 2014-cü ilin iyulun 17-də keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin matçı olub. Bir il sonra o, 21 yaşadək millimizin Avstriya ilə seçmə oyunu üçün Mərdəkana – “Dalğa Arena”ya gedib. Həmin matçda da bizimkilər uduzub – 0:2.
Yalnız 2016-cı ilin iyunun 30-də “Qəbələ” bu sindromu qıra bilib. Avroliqanın I təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə görüşündə “Qəbələ” Bakıdan qələbə ilə ayrılıb. Liberiyalı Teo Uiksin benefisi kimi yadda qalan bu matçda (het-trik edib – S.T.) “Qəbələ” şimal-qərb qonşularımızı 5:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Latviya – Azərbaycan yoldaşlıq oyunu iyunun 9-da Riqanın “Dauqava” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com