bbb2d050-1574-442c-a91b-042b0784a068..jpg

Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas oldu – FOTO

Baxış sayı: 1. 089 dəfə baxılıb.

Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas
oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviya Prezidenti Edqars Rinkeviç və onun mühafizəçiləri piyada keçidində
avtomobilin təkərləri altına düşməkdən son anda qurtulublar.

Bu barədə Latviya radiosunun xəbər xidmətinin rəhbəri və avtomobilin sükanı
arxasında olan Ugis Libietis bildirib. Onun sözlərinə görə, prezidentin
ayaqları üstündən keçmək üzrə olub və avtomobilini son anda saxlaya bilib.

“Cənab Prezident, küçəni keçməzdən əvvəl sağa-sola baxmaq lazımdır! Eyni şey
cangüdənlərə də aiddir”, – deyə o əlavə edib.

Prezident isə hadisəyə yumorla yanaşıb və jurnalistlərin “onun üstünə düşmək”
cəhdlərinə işarə edib.

“Mən bunu çoxdan demək istəyirdim: mətbuat mənim üstümdən keçməyə çalışır”, –
deyə o bildirib.

Hadisəni şərh edən istifadəçilərin fikirləri ikiyə bölünüb. Bəziləri
cangüdənləri belə riskə yol verdiyinə görə qınayıb, digərləri isə jurnalisti
tənqid edərək avtomobilini “prezidentin ayaq barmaqlarının ucunda” yox, piyada
keçidinin qarşısında yavaşlamalı olduğunu bildiriblər.

Mənbə: Nashaniva.com

Source link