38ac1ef4-69bc-46cd-8380-075bdc779023..jpg

Latviyada 9 May “Ukrayna qurbanlarının anım günü” ilə əvəz edilə bilər

Baxış sayı: 1. 444 dəfə baxılıb.

Latviyada 9 May “Ukrayna qurbanlarının anım günü” ilə əvəz edilə bilər

Latviyada 9 May “Ukrayna qurbanlarının anım günü”nə çevrilə bilər. Müvafiq
qanun layihəsi Seymin bir sıra deputatları tərəfindən təqdim edilib.

Qeyd olunur ki, qanun layihəsinin məqsədi Latviya cəmiyyətinin diqqətini
Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cəlb etmək və suverenlik, müstəqillik
və ərazi bütövlüyü uğrunda mübarizədə Ukrayna xalqı ilə “həmrəylik nümayiş
etdirməkdir”.

Qanun layihəsi qəbul olunarsa, o zaman mayın 9-da Latviyanın dövlət bayrağı
matəm dekorasiyasında asılmalıdır və Qələbə Günündə hər hansı bayram tədbirinin
keçirilməsi qadağan olunacaq.

Məlumdur ki, daha əvvəl analoji təşəbbüslə Latviya Daxili İşlər Nazirliyinin
rəhbəri Mariya Qolubeva da çıxış edib.

Martın 31-də Latviya Seymi 9 May Qələbə Günü şərəfinə Sovet Ordusu
əsgərlərinin abidələrinə 200 metrdən yaxın məsafədə tədbirlərin keçirilməsinə
qadağa qoyub. Bundan əlavə, Latviyada nasist Almaniyası və SSRİ-nin də daxil
olduğu “totalitar rejimlərin” döyüş və qələbələri günləri ilə bağlı aksiyalar
qanundan kənarlaşdırılıb.

Mənbə: Gazeta.ru

Source link