Gələn dərs ilindən Latviyanın bütün ali təhsil ocaqlarında rus dilində təhsil qadağan olunacaq. Bunun əvəzinə ingilis dilındə təhsilin həcmi artırılacaq.
AZƏRTAC xəbər verir ki, artıq proses başlayıb və yanvarın 1-dən etibarən heç bir sənədləşdirmə rus dilində aparılmır. Universitet müəllimləri hesab edirlər ki, bu qaydanın tətbiq olunması Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus kimi ölkələrdən gələn rusdilli abituriyentlər üçün ciddi çətinliklər yaradacaq.
Martın 1-dən başlayan təhsil yarmarkasında ali məktəblər ingilis dilində keçiriləcək menecment, biznesin idarə olunması, marketinqin təşkili kimi ixtisasları təqdim ediblər.