Latviyanın xarici işlər naziri Edqars Rinkevinçs bəyan edib ki, Moskvadakı səfirliyə hücum olunub, iki nəfər saxlanılıb.
ÇıxışYolu.Com Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rinkevinçs Twitter-də yazıb:
“Bu gün Latviyanın Rusiyadakı səfirliyinə hücum olunub, hadisə ilə bağlı iki nəfər saxlanılıb. Latviya bu cür hadisəni şiddətlə qınayır və Rusiyadan diplomatik nümayəndələrin beynəlxalq hüquqa əsasən təhlükəsizliklərinin təmin edilməsini tələb edir”.