9614d373-3f5c-4348-9835-5af1a090faa2..jpg

Laura Loxman: “Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir”

Baxış sayı: 861 dəfə baxılıb.

Laura Loxman: “Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji
təminatına əsaslı töhfələr verir”

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına
əsaslı töhfələr verir”.

AZƏRTAC

xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə
müavininin müşaviri xanım Laura Loxman Azərbaycan Prezidentiİlham Əliyevlə
görüşdə bildirib.

Amerikalı qonaq qeyd edib ki, Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında
bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq
perspektivləri meydana çıxıb. Azərbaycan bu layihələrin həyata keçirilməsində
vacib rol oynayır.

Laura Loxman Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri
arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin
imzalanması münasibətilə dövlətimizin başçısını təbrik edib.

Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi
davamlı dəstək yüksək qiymətləndirilib və Birləşmiş Ştatlarla Azərbaycan
arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Source link