Rusiyanın xarici işlər naziri Serqey Lavrov Rusiya, İran və Türkiyənin Suriya hökumətinə ölkənin terrorçulardan təmizlənməsi işində yardım etməli olduğunu bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Əminən ki, biz suriyalılara ölkənin terrorçulardan təmizlənməsi işini başa çatdırmaqda kömək etməliyik. Bunun tez baş verməsi, milli barışıq “körpüsünün” salınması və dağılmış məntəqələrin bərpa olunması üçün, Suriya hökumətinə yardım göstərməliyik”, – deyə Lavrov bildirib.
Lavrov eyni zamanda İran və Türkiyənin Suriyada etnik-dini qruplar arasında bərabər hüquqların təmin olunacağı və insanların sülh şəraitində yaşayacağı vahid Suriya ideyasını dəstəklədiklərinə inandığını qeyd edib.