Lavrov: “Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq niyyətini
gizlətmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Avropa İttifaqı (Aİ) Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb
çıxarmaq planlarını gizlətmir, lakin istəyinə nail olmayacaq”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinin
“Telegram” kanalında yayımladığı “Moskva. Kreml. Putin” verilişində deyib.
“Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan
sıxışdırmaq niyyətini gizlətmir. Bu, nəticə verməyəcək. Biz tarixən buradayıq
və heç yerdən yox olmayacağıq. Həm də tərəfdaşlarımız, müttəfiqlərimiz var.
Bunu çox yaxşı bilirsiniz”, – deyə diplomatik qurumun rəhbəri bildirib.